Operativ Məlumat Mərkəzi

Nigeriyanın Benue əyalətində 5 gündə törədilən hücumlarda 134 nəfər ölüb

2 dəq
Paylaş:
Nigeriyanın Benue əyalətində 5 gündə törədilən hücumlarda 134 nəfər ölüb

Nigeriyada heyvandarlıqla olan Fulanilərlə arasında zaman zaman qarşıdurmaların yaşandığı Benue əyalətində 5 gündə həyata keçirilən silahlı hücumlarda 134 nəfər həyatını itirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici istindən xəbər verir ki, Benue qubernatoru Ortom verdiyi açıqlamada, son 5 gündə əyalətin Otukpo, Apa və Quma bölgələrində naməlum silahlı şəxslərin hücumlar təşkil etdiyini bildirib.

Ortom hücumlarda ən azı 134 nəfərin həyatını itirdiyini, çox sayda insanın isə yaralandığını qeyd edib.

Hücumları "iyrənc və qorxaqcasına" adlandıran Ortom cəmiyyəti "qanunlara əməl etməyə davam etməyə və təcavüzkarları aradan qaldırmaq üçün hər zaman ayıq-sayıq olmağa" çağırıb.

Ortom Məhəmməd Buharini hücumlara son qoymaq üçün problemli bölgələrə daha çox qoşun göndərməyə çağırıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax