Əsas məzmuna keç

Netanyahu Qəzzalıları şəhəri tərk etməyə çağırıb

Netanyahu Qəzzalıları şəhəri tərk etməyə çağırıb

baş nazir Binyamin Netanyahu bu xəbərdarlığı baş nazirlik ofisinin yaydığı videomüraciətində edib. O xatırladıb ki, İsrail ordusu son bir neçə gündə...

İsrail ordusu tezliklə Qəzzaya, Fələstinə qarşı genişmiqyaslı hücuma keçəcək və sakinlər dərhal təxliyə edilməlidir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Binyamin bu xəbərdarlığı baş nazirlik ofisinin yaydığı videomüraciətində edib.

O xatırladıb ki, İsrail ordusu son bir neçə gündə Qəzzada bir neçə hündürmərtəbəli dağıdıb. İsrail tərəfinin bildirdiyinə görə, bu hündürmərtəbəli binalar HƏMAS hərəkatına mənsub ekstremistlər tərəfindən məqsədlər üçün istifadə olunur. Baş nazirin sözlərinə görə, İsrail Hərbi Hava Qüvvələri iki gün ərzində Qəzzada 50 hündürmərtəbəli binanı məhv edib.

Netanyahu deyib: "Bütün bunlar sadəcə olaraq, əsas gərgin fəaliyyətə - qoşunlarımızın şəhərində həyata keçirəcəyi quru əməliyyatına hazırlıqdır. Qoşunlarımız hazırda toplanır və hazırlaşır. Bu kontekstdə fürsətdən istifadə edərək Qəzza xalqına deyirəm: "Diqqətlə qulaq asın, sizə xəbərdarlıq edilib, oradan çıxın!"

İsrail bundan əvvəl Qəzza şəhəri üzərində tam nəzarəti bərqərar etmək və orada Həmas ekstremistlərini tamamilə məğlub etmək üçün Fələstin ərazilərində genişmiqyaslı hücum əməliyyatı elan etmişdi. Ordunun hücum planları avqustun sonunda Netanyahu tərəfindən təsdiqlənib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…