Əsas məzmuna keç

Netanyahu: “Dünyada heç bir güc bizi dayandıra bilməz”

Netanyahu: “Dünyada heç bir güc bizi dayandıra bilməz”

baş nazirliyin mətbuat xidmətindən verilən açıqlamaya görə, Netanyahu Tel Haşomerdəki hərbi bazaya səfəri zamanı qiymətləndirmələr aparıb. Netanyahu...

İsrailin baş naziri Benyamin bildirib ki, "dünyada heç bir güc" onların təxminən 1,5 milyon fələstinlinin sığındığı Rəfah şəhərinə qurudan hücum planlaşdırmağa mane ola .

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, baş nazirliyin xidmətindən verilən açıqlamaya görə, Netanyahu Tel Haşomerdəki hərbi bazaya səfəri zamanı qiymətləndirmələr aparıb.

Netanyahu oktyabrın 7-dən etibarən Qəzzaya hücumlarını davam etdirən İsrailin məqsədinin "məhbusları evlərinə qaytarmaq, HƏMAS-ı aradan qaldırmaq və Qəzzanın bir daha İsrail üçün təhlükə yaratmamasını təmin etmək" olduğunu bildirib.

ictimaiyyətin, xüsusilə ABŞ-ın etiraz etdiyi Rəfaha quru hücumundan danışan Netanyahu, "Rəfah da daxil olmaqla, HƏMAS batalyonlarının məhvini tamamlayacağıq. Dünyada heç bir güc bizi dayandıra bilməyəcək", - deyib.

Netanyahu dünən Rəfaha quru hücumunun tarixinin müəyyən edildiyini açıqlayıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…