Operativ Məlumat Mərkəzi

Nəsimi rayonunda yaşayış binasında baş verən yanğın söndürülüb

1 dəq
Paylaş:
Nəsimi rayonunda yaşayış binasında baş verən yanğın söndürülüb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə paytaxtın Nəsimi rayonunun Xəqani küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri üzrə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində dördmərtəbəli binasının 3-cü mərtəbəsində ümumi sahəsi 50 kvadratmetr olan ikiotaqlı mənzilin mətbəxində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində mətbəxdə olan 1 ədəd qabyuyan, 1 ədəd paltaryuyan maşın və qaz sobası yanıb.

Mənzil yanğından mühafizə olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax