Əsas məzmuna keç

“Nəqliyyat donanması gəmilərində heyət üzvlərinin sertifikatlaşdırılması haqqında Əsasnamə” dəyişib

“Nəqliyyat donanması gəmilərində heyət üzvlərinin sertifikatlaşdırılması haqqında Əsasnamə” dəyişib

bununla bağlı nazir Rəşad Nəbiyev yeni qərar imzalayıb. Qərara əsasən, Azərbaycanın nəqliyyat donanması gəmilərində heyət üzvlərinin hazırlanması...

İnkişaf və Nazirliyinin Kollegiyası 27 fevral 2013-cü il tarixli qərarı ilə təsdiq “Nəqliyyat donanması gəmilərində heyət üzvlərinin sertifikatlaşdırılması haqqında Əsasnamə”də dəyişiklik edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı nazir Rəşad Nəbiyev yeni qərar imzalayıb.

Qərara əsasən, Azərbaycanın nəqliyyat donanması gəmilərində heyət üzvlərinin hazırlanması sahəsində fəaliyyət göstərən təlim-tədris mərkəzləri ilə yanaşı digər fiziki və şəxslər Dövlət Dəniz və Liman Agentliyinin verdiyi, həmin şəxslərin fəaliyyətinin konvensiyaların tələblərinə uyğun olması haqqında şəhadətnaməyə malik olmalıdırlar. Şəhadətnamə 1 il müddətinə veriləcək. İndiyə qədər bu müddət 5 il idi.

Nazirliyin Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…