Operativ Məlumat Mərkəzi

Neftayırma Zavodu köçürülür

2 dəq
Paylaş:
Neftayırma Zavodu köçürülür

“Neftayırma Zavodunun 2030-cu ilə qədər köçürülməsi nəzərdə tutulur”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Nazirlər Kabinetinin və energetika şöbəsinin Elşən Hacızadə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin ictimai müzakirəsində bildirib.

“Neftayırma Zavodunun şəhər kənarına köçürülməsi məsələsi qaldırıldı. Bununla bağlı iki ssenari var: biri modernizasiya layihəsidir. Burada Zavodun köçürülməsi, yoxsa, ikinci faza istiqamətində inkişafı getməsinə baxılır. Hər iki ssenariyə baxılır. Biz yeni zavod tikəcəyiksə, 2030-31-ci ilə nəzərdə tutulur. Zavodun 2030-cu ilə qədər köçürülməsi nəzərdə tutulur.

Hamımız istərdik ki, hər kəs xoşbəxt yaşasın. Amma resurslarının özünün hasilat xərcləri var. Bu da hələ ki, indiki tariflərlə -üstə düşür. “Azərişığ”ın bugünkü tariflərlə rentabellilik səviyyəsi çox aşağıdır. Niyə özəlləşdirməyə getmirik? Enerji tənzimləyicisi ilə bağlı yeni qanun layihəsi bu yaxınlarda parlamentə gələcək. Bizdə təxminən 2 geqabaytlıq layihələr var ki, bunlar hamısı xarici investorlardır. Daxili investorlar da layihələrə qoşulsa, özəlləşmə dərinləşəcək, rəqabət mühiti güclənəcək. Nəticədə də tariflərin qiymətlərində də optimallaşma həyata keçəcək”, - deyə Elşən Hacızadə bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Energetika və Sənaye

Hamısına bax