Operativ Məlumat Mərkəzi

Neft Daşlarında dalğanın hündürlüyü 4.4 metrə çatıb - FAKTİKİ HAVA

1 dəq
Paylaş:
Neft Daşlarında dalğanın hündürlüyü 4.4 metrə çatıb - FAKTİKİ HAVA

Sentyabrın 18-i saat 15:00-a olan məlumata əsasən , Ağdam, , Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, İsmayıllı, Şamaxı, Qobustan, Xaltan, Qrız, Bərdə, Yevlax, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Hacıqabul, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astarada şimşək çaxıb, arabir leysan xarakterli yağış, Şahdağda qar yağıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, şimal-qərb küləyi Bakıda və yarımadasında arabir 20-25 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.4 çatıb.

Göygöl, Balakən, Şəki, Qrızda duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 20 isti, Naxçıvan MR-da 25 dərəcəyədək isti, Aran rayonlarında 19 dərəcəyədək, dağlıq rayonlarda 13 dərəcəyədək isti olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax