Operativ Məlumat Mərkəzi

Nazir müavini: Qida məhsulları ilə bağlı inflyasiya yüksəkdir

2 dəq
Paylaş:
Nazir müavini: Qida məhsulları ilə bağlı inflyasiya yüksəkdir

“Biz istəsək də, istəməsək də məhsulları üzrə idxaldan həmişə asılı , bu birmənalıdır”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında iqtisadiyyat nazirinin birinci müavini Elnur bildirib.

“Həm su, təbii ehtiyatlar, həm torpaqların şoranlaşması, eləcə də müxtəlif faktorlar baxımından idxaldan asılılığımız olacaq. Biz hansısa növləri üzrə idxaldan asılılığı azalda bilərik, amma taxıl, şəkər və ya ilkin istehlak üçün tələb olunan mallardan asılı olacağıq. Əvvəllər Ukraynadan, Rusiyadan, Qazaxıstandan hər hansı məhsul edirdiksə, bu gün biz o məhsulu Braziliyadan idxal edirik. Bu da logistika xərclərinə görə məhsulların qiymətinin qalxmasına səbəb olur. Ərzaq təhlükəsizliyimizi təmin etməliyik və bu işi görürük. Ona görə də bizim bu problemlərimiz olacaq və buna hazır olmalıyıq ki, bazarda qida məhsulları ilə bağlı inflyasiya yüksəkdir. Bunlar olacaq”, - deyə o vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Maliyyə

Hamısına bax