Operativ Məlumat Mərkəzi

Naxçıvanda Türkiyə-Azərbaycan birgə təliminə hazırlıq məşqləri keçirilir

1 dəq
Paylaş:
Naxçıvanda Türkiyə-Azərbaycan birgə təliminə hazırlıq məşqləri keçirilir

Azərbaycanda keçiriləcək Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunmuş "Mustafa Kamal Atatürk - 2023" taktiki təliminə məşqləri davam edir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Müdafiə Nazirliyindən məlumat verilib.

Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) təlimə cəlb olunan bölmələri daimi dislokasiya məntəqələrini tərk edərək ərazidə yerdəyişmə etməklə texnikanın tətbiqinə hazırlanması üzrə normativləri icra ediblər.

İki qardaş ölkənin hərbi qulluqçularının, döyüş texnikası və aviasiya vasitələrinin cəlb edilməsi ilə 23-25 oktyabr tarixlərində keçiriləcək birgə təlimdə əsas məqsəd qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının daha da artırılmasıdır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Multimedia

Hamısına bax