Əsas məzmuna keç

Naxçıvanda güzəştlərin tətbiq olunduğu Ticarət Mərkəzi yaradılacaq - 05.06.2023 15:40

Naxçıvanda güzəştlərin tətbiq olunduğu Ticarət Mərkəzi yaradılacaq - 05.06.2023 15:40

bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Naxçıvan MR-nın sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb....

MR-da parkı yaradılacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, İlham Əliyevin təsdiqlədiyi “Naxçıvan MR-nın sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.

Sənədə əsasən, parkda olunan sənaye məhsullarının xarici ixracı stimullaşdırılacaq, ixrac potensialının artırılmasına töhfə verən rəqabətqabiliyyətli sənaye sahələrinə dövlət dəstəyi və investisiyalar cəlb olunacaq, innovasiyalar, habelə dövlət–özəl tərəfdaşlığı ilə bu sahədə resurs və xidmət təminatı gücləndiriləcək. Naxçıvanda olan iri müəssisələrin istehsal məhsullarının həm ölkədaxili satışının dəstəklənməsi, həm də xarici bazarlara çıxışının artırılması istiqamətində tədbirlər həyata keçiriləcək. Bununla yanaşı, mövcud olan təbii ehtiyatlar və xammal bazası əsasında sənaye sahələrinin yaradılması imkanları genişləndiriləcək.

Naxçıvanda dövlət sənaye sahəsinin inkişafını dəstəkləyən infrastrukturun yaradılmasında aktiv iştirak edəcək, Şərur Sənaye Məhəlləsinin fəaliyyətə başlaması təmin ediləcək.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…