Operativ Məlumat Mərkəzi

NATO irimiqyaslı hərbi təliminə başlayır

2 dəq
Paylaş:
NATO irimiqyaslı hərbi təliminə başlayır

yanvarın 22-də ən irimiqyaslı təliminə başlayır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məlumatı “dw.com” yayıb.

Bildirilib ki, təlimə 90 minə yaxın hərbçi cəlb edilib. “Steadfast Defender-2024” (“Sabit müdafiəçi-2024”) adı altında keçiriləcək builki təlimdə təyyarədaşıyanlardan tutmuş esmineslərə qədər 50-dən çox gəmi, həmçinin 80-dən çox qırıcı, helikopter və pilotsuz təyyarə, 133 tank, 533 piyada maşını daxil olmaqla ən azı 1100 döyüş maşını iştirak edəcək.

NATO sonuncu müqayisəli təlimini 1988-ci ildə keçirib. Onda bu tədbirdə 125 mindən çox iştirak edib.

Təlimdə NATO ölkələri və alyansa üzv olmağa namizəd olan İsveç iştirak edəcək. Mayın sonunadək davam edəcək manevrlər Norveçdən Rumıniyaya qədər Avropa ərazisini edəcək.

İndiyədək son onilliklərin ən böyük manevrləri 2018-ci ildə 50 mindən çox hərbçinin iştirak etdiyi “Trident Juncture” (“Vahid üç məngənə”) hesab olunurdu.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax