Əsas məzmuna keç

NATO Baş katibinin müavini istefa verir

NATO Baş katibinin müavini istefa verir

bu barədə məlumatı NATO yayıb. Qeyd edilib ki, M.Coane Baş katib Yens Stoltenberqə sentyabrın 10-da onun müavini vəzifəsindən çəkiləcəyini bildirib. Baş...

NATO Baş katibinin müavini Dan (Mircea Geoana) sentyabrın 10-da bu postdan istefa verəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı NATO yayıb.

Qeyd edilib ki, M.Coane Baş katib Yens Stoltenberqə sentyabrın 10-da onun müavini vəzifəsindən çəkiləcəyini bildirib. Baş katib Yens istefanı qəbul edərək ona bu vaxta qədərki xidmətlərinə görə təşəkkür edib.

“Mirça NATO-ya təxminən beş il xidmət edib. Onun texnologiya və yeni çağırışlarına diqqəti Alyansda innovasiyaları təşviq etməkdə həlledici rol oynayıb. Onun tərəfdaşlarla işi NATO-ya böyük fayda verib. Gələcək üçün ona ən xoş arzularımı ", - Y.Stoltenberq əlavə edib.

Bildirilib ki, Siyasi işlər və təhlükəsizlik siyasəti (PASP) üzrə Baş katibin köməkçisi Boris Ruge yeni müavin təyin olunana qədər bu vəzifəni icra edəcək.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…