Operativ Məlumat Mərkəzi

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

2 dəq
Paylaş:
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında vasitəsi idarə edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Xidmətinin Şirvan regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, yol patrul xidmətinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan "VAZ" markalı avtomobilin sürücüsünə qaydalarını pozduğu üçün "Saxla" işarəsi verilib. Nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü, şəhər sakini Anar Qambayevin və psixotrop maddə qəbul etməsinə dair şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib. Müayinənin nəticəsinə əsasən A.Qambayevin marixuana istifadə etdiyi məlum olub.

Həmin şəxs barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib edilib və hüquqi qiymət verilməsi üçün Şirvan Şəhər Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə A.Qambayev 16 sutka inzibati qaydada həbs olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax