Operativ Məlumat Mərkəzi

Narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanıldı

3 dəq
Paylaş:
Narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanıldı

Neftçala Rayon Polis Şöbəsinin Dövlət Bölməsinin əməkdaşları tərəfindən yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi və baş verə biləcək qəzaların qarşısının alınması ilə əlaqədar nəzarət-profilaktiki tədbirlər davam etdirir.

Daxili İşlər Nazirliyinin Xidmətinin Şirvan regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, aparılan monitorinqlər zamanı bir qrup gəncin dövlət qeydiyyat nişanı olmadan, eləcə də qanunla qadağan edilməsinə baxmayaraq, avtomobili konstruksiya dəyişikliyi etməklə idarə və digər hərəkət iştirakçılarına təhlükə yaratdığı məlum olub. Həmin sürücülər yol polisi əməkdaşları tərəfindən saxlanılıb, onlarla yol verdikləri qayda pozuntusu ilə bağlı izahedici söhbətlər aparılıb və barələrində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.

Bundan əlavə, təssüf doğuran hallardan biri də onların arasında bir neçə sürücü bundan əvvəl də anoloji inzibati xətaya görə məsuliyyətə cəlb olub.

Həmçinin keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında vasitəsini idarə edən sürücü də aşkarlanıb. Belə ki, DYPB-nin əməkdaşları rayon ərazisində hərəkətdə olan “VAZ” markalı avtomobilin sürücüsünə qayda pozuntusuna yol verdiyi üçün “Saxla” işarəsi veriliblər.

Həmin nəqliyyat vasitəsini idarə edən rayon sakini Nicat Ağayevin qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən sürücünün narkotik vasitə olan marixuana istifadə etdiyi məlum olub.

Həmin şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Neftçala Rayon Məhkəməsinə göndərilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax