Operativ Məlumat Mərkəzi

Narkotik dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

2 dəq
Paylaş:
Narkotik dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxslər həbs edilib.

DİN-in Xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, məhkum olunmuş Ramil Əliyev saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman heroin aşkar edilərək götürülüb. Dindirilərkən o, narkotiki digər bir rayon sakinin Vüqar İskəndərovdan aldığın bildirib. Davam etdirilən tədbirlərlə əvvəllər məhkum olunmuş V.İskəndərov da saxlanılıb. Onun yaşadığı ünvanda aparılan axtarış zamanı heroin və metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı Ağdam RPŞ-də başlanılıb, adıçəkilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax