Operativ Məlumat Mərkəzi

"Napoli" Kvaratsxeliya ilə müqaviləni uzatmaq istəyir

1 dəq
Paylaş:
"Napoli" Kvaratsxeliya ilə müqaviləni uzatmaq istəyir

"Napoli"nin idman direktoru Manna bildirib ki, klub Kvaratsxeliya ilə müqaviləni uzatmaq istəyir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Sky " məlumat yayıb.

“Onun 3 müqaviləsi var. Kvara ilə maraqlanan klublar var, amma biz əməkdaşlığımızı davam etdirmək istəyirik. "Napoli" müqaviləni uzatmaq üçün agentləri ilə işləyir", - deyə o bildirib.

23 yaşlı gürcü futbolçunun müqaviləsi 2027-ci ilin yayında başa çatır.

"Transfermarkt" portalı Kvaratsxeliyanın dəyərini 80 milyon avro qiymətləndirir.

Bu mövsüm forvard 5 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax