Əsas məzmuna keç

Namibiyanın yeni Prezidenti and içib

Namibiyanın yeni Prezidenti and içib

Namibiya rəhbərinin səlahiyyətlərini icra edən, vitse-prezident vəzifəsində çalışmış Nanqolo Mbumba andı içib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Namibian Sun” qəzeti “X” sosial şəbəkəsində məlumat yayıb.

“Vitse-prezident Nanqolo Mbumba respublikanın Prezidenti kimi and içib”, - nəşr yazıb.

Bundan əlavə, Namibiyanın yeni rəhbəri naziri Netumbo Nandi-Ndaytvanı vitse-prezident təyin edib.

Qeyd edək ki, Namibiyanın Prezidenti Haqe Qotfrid Qeynqob bu gün 82 yaşında vəfat edib. Yanvarda Prezident ofisi Qeynqoba xərçəng xəstəliyi diaqnozu qoyulduğunu açıqlamışdı.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…