Operativ Məlumat Mərkəzi

Naftalanda narkotik yetişdirən şəxs saxlanılıb

1 dəq
Paylaş:
Naftalanda narkotik yetişdirən şəxs saxlanılıb

Naftalan Şəhər Şöbəsinin (ŞPŞ) əməkdaşlarının keçirdikləri tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Xidmətinin Gəncə regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhərin Qaşaltı-Qaraqoyunlu kənd sakini, məhkum olunmuş İlyas İsgəndərovun kənd ərazisindəki sahibsiz ərazidə xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi xassəli çətənə aşkarlanaraq götürülüb.

Saxlanılan şəxs dindirilmə zamanı çətənə kollarını şəxsi istifadə məqsədilə əkdiyini etiraf edib.

Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax