Operativ Məlumat Mərkəzi

Müxalifət lideri Suriya xalqına işgəncə verən Əsəd rejiminə qarşı ədalət vəd edib

2 dəq
Paylaş:
Müxalifət lideri Suriya xalqına işgəncə verən Əsəd rejiminə qarşı ədalət vəd edib

silahlı müxalifətinin əl-Şara Suriya xalqına “işgəncə verən” ölkə ordusunun və qüvvələrinin zabitlərinin məsuliyyətə cəlb ediləcəyinə söz verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu barədə Suriya televiziyasına açıqlamasında bildirib.

"Biz suriyalılara işgəncə verən cinayətkarları, qatilləri, təhlükəsizlik və ordu zabitlərini mühakimə etməkdən çəkinməyəcəyik. Biz də cinayətkarları mühakimə edəcəyik və onlara sığınacaq verən ölkələrdən onların ekstradisiyasını tələb edəcəyik ki, onlar lazımi şəkildə cəzalandırılsınlar",- deyə Əhməd əl-Şara qeyd edib.

Əl-Şaranın sözlərinə görə, yeni hakimiyyət orqanları Bəşər Əsədin prezidentliyi dövründə insanlığa qarşı cinayət törətməkdə şübhəli bilinən yüksək rütbəli məmurların siyahısını tezliklə dərc edəcək.

Suriyanın silahlı müxalifəti bundan əvvəl orduya qeyri-ixtiyari çağırılan suriyalıların təhlükəsizliyinə zəmanət verdiyini bildirib. Müxalifətin rəhbər orqanı olan hərbi əməliyyatlar komandanlığı hökumət ordusunda hərbi xidmətə çağırılanlar üçün ümumi amnistiya elan edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax