Operativ Məlumat Mərkəzi

MÜTDA: Təhsil müəssisələrində tədris prosesi ənənəvi qaydada davam edəcək

2 dəq
Paylaş:
MÜTDA: Təhsil müəssisələrində tədris prosesi ənənəvi qaydada davam edəcək

Ölkə ərazisində müşahidə edilən yağıntılı ilə əlaqədar xüsusi hallarla bağlı Agentliyə və Agentliyin yerli təhsili idarəetmə bölmələrinə daxil olan müraciətlər operativ şəkildə qeydiyyata alınır və təhlillər aparılır.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə MÜTDA-dan məlumat verilib.

Bildirilib ki, müraciətlərin həlli ilə bağlı aidiyyəti qurumlarla birlikdə işçi qrup yaradılıb və təhsil müəssisələrində tədris prosesinin fasiləsizliyini təmin etmək məqsədilə addımlar atılır. Şagirdlərin davamiyyətində qismən azalma müşahidə edilsə də, təlim-tədris prosesi fasiləsiz şəkildə davam edir.

Təhsil müəssisələrində uşaqların təhlükəsizliyi daim diqqət mərkəzində saxlanılır.

İntensiv yağıntılarla əlaqədar olaraq xüsusilə azyaşlı məktəblilərin valideynlərini dərsə gedən övladlarını nəzarətdə saxlamağa çağırır, təhsil müəssisələrinin rəhbərlərindən və valideynlərdən müvafiq tədbirlərinə, təhlükə ilə üzləşdikdə isə dərhal aidiyyəti xilasetmə qurumlarının və tövsiyələrinə riayət etmələrini xahiş edirik.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax