Operativ Məlumat Mərkəzi

MÜTDA: 71 minə yaxın uşaq məktəbəhazırlıq qrupuna qəbul edilib

2 dəq
Paylaş:
MÜTDA: 71 minə yaxın uşaq məktəbəhazırlıq qrupuna qəbul edilib

İyulun 11-dən start verilən 2024-2025-ci ili üzrə uşaqların qruplarına qəbulu prosesi davam edir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Məktəbəqədər və Ümumi üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, hazırda ölkə üzrə bütün ümumi təhsil müəssisələrində və digər bölmələr üzrə məktəb və müəllim seçimi aparılır:


"Bu günə qədər ümumilikdə 71 000-ə yaxın uşaq məktəbəhazırlıq qrupuna qəbul edilib. 2024-2025-ci tədris ili üçün məktəbəhazırlıq qruplarına qəbulu proqnozlaşdırılan uşaqların sayı ilə qeydiyyatdan keçənlərin sayında fərq müşahidə edilir. Tədris ili yaxınlaşdıqca ümumi təhsil müəssisələrində uşaqların qeydiyyatının aparılması, sənədləşmə işlərinin dəqiq və vaxtında başa çatdırılması baxımından bu mərhələnin əhəmiyyətini nəzərə alaraq bildiririk ki, övladlarının 2024-2025-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına elektron qəbulu prosesini həyata keçirmək istəyən valideynlər mektebeqebul.edu.az saytı vasitəsilə şəxsi kabinet yaradaraq məktəb və müəllim seçimi edə bilərlər".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax