Operativ Məlumat Mərkəzi

Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan Ordusunda tədbirlər keçirilib

2 dəq
Paylaş:
Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan Ordusunda tədbirlər keçirilib

18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Ordusunun birlik, birləşmə və hərbi hissələrində, də xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin və müstəqilliyimiz, bütövlüyümüz uğrunda olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edənlər Ulu Heydər Əliyevin xalqımızın taleyində, müasir Azərbaycan dövlətinin qurulmasında və inkişafında müstəsna xidmətlərindən, Ümummilli Liderin Azərbaycana rəhbərliyi dövründə respublikamızın ictimai-siyasi, iqtisadi, sosial həyatında, eləcə də ordu quruculuğunda əldə olunan nailiyyətlərdən danışıblar. Onun müdrik siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sayəsində ölkəmizin durmadan inkişaf etdiyi xüsusi vurğulanıb.

Silsilə tədbirlər zamanı plana uyğun olaraq, həmçinin müxtəlif tarixi muzeylər də ziyarət edilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax