Operativ Məlumat Mərkəzi

Mustafa Şentop: "Ermənistanın Laçın yolu ilə mina və hərbi texnika daşınması qətiyyən yolverilməzdir"

1 dəq
Paylaş:
Mustafa Şentop: "Ermənistanın Laçın yolu ilə mina və hərbi texnika daşınması qətiyyən yolverilməzdir"

"Laçın yolu yalnız məqsədlər üçün istifadə olunmalıdır".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Böyük Millət Məclisinin sədri Mustafa Şentop Ankara şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri ilə görüşdə deyib.

M.Şentop həmçinin, vətəndaş cəmiyyəti nümayəndələrinin Laçın-Xankəndi yolunda keçirdikləri dinc aksiyaya dəstəyini ifadə edib.

O bildirib ki, Ermənistanın Laçın yolundan minaların, hərbi texnikanın və silahların, habelə Azərbaycanın qanunsuz istismar edilmiş faydalı qazıntılarının daşınması üçün istifadə etməsi yolverilməzdir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax