Operativ Məlumat Mərkəzi

Musa daha üç qol vursa...

2 dəq
Paylaş:
Musa daha üç qol vursa...

Premyer Liqasının 27-ci turunda “Sumqayıt”ı məğlub edib (6:0).

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, həmin matç “köhlən atlar”ın hücumçusu Qurbanlı üçün olub. O, cari mövsüm vurduğu qolların sayını 20-yə çatdırıb. Bununla da o, bir rekordu yeniləyib, digərinə çıxıb.

Musa Premyer Liqanın PFL-in bayrağı altında keçirilməyə başladığı 2008-ci ildən sonra bir mövsümdə ən çox qol vuran azərbaycanlı futbolçu olub. O, 2020/21 mövsümündə 19 qol vuran Namik Ələskərovu qabaqlayıb.

Yerli statusa malik futbolçunun ən azı 20 qol vurması sonuncu dəfə 2006/07 mövsümündə müşahidə olunub. Həmin vaxt “Xəzər Lənkəran”ın hücumçusu Zaur Ramazanov 20 dəfə fərqlənib.

Eyni zamanda, Qurbanlı “Qarabağ”ın tarixində bir mövsümdə ən çox qol vuran azərbaycanlı oyunçu adına şərik çıxıb. O, 2003/04 mövsümündə 20 dəfə fərqlənən Samir Musayevə çatıb. Hücumçunu klub tarixinin mütləq rekordçusu Reynaldodan 2 top ayırır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax