Musa daha üç qol vursa...

Musa daha üç qol vursa...
18.03.2023 11:45
Aa
dəq

“Qarabağ” Azərbaycan Premyer Liqasının 27-ci turunda “Sumqayıt”ı məğlub edib (6:0).

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, həmin matç “köhlən atlar”ın hücumçusu Musa Qurbanlı üçün əlamətdar olub. O, cari mövsüm vurduğu qolların sayını 20-yə çatdırıb. Bununla da o, bir rekordu yeniləyib, digərinə şərik çıxıb.

Musa Premyer Liqanın PFL-in bayrağı altında keçirilməyə başladığı 2008-ci ildən sonra bir mövsümdə ən çox qol vuran azərbaycanlı futbolçu olub. O, 2020/21 mövsümündə 19 qol vuran Namik Ələskərovu qabaqlayıb.

Yerli statusa malik futbolçunun ən azı 20 qol vurması sonuncu dəfə 2006/07 mövsümündə müşahidə olunub. Həmin vaxt “Xəzər Lənkəran”ın hücumçusu Zaur Ramazanov 20 dəfə fərqlənib.

Eyni zamanda, Qurbanlı “Qarabağ”ın tarixində bir mövsümdə ən çox qol vuran azərbaycanlı oyunçu adına şərik çıxıb. O, 2003/04 mövsümündə 20 dəfə fərqlənən Samir Musayevə çatıb. Hücumçunu klub tarixinin mütləq rekordçusu Reynaldodan 2 top ayırır.

Həftənin ən çox oxunanları

UEFA Superkuboku matçını idarə edəcək hakim bəlli olub

UEFA Superkuboku matçını idarə edəcək hakim bəlli olub
DAVAMIN OXU davamın oxu

AFFA Hakimlər Komitəsinin yeni sədrinin adı açıqlanıb

AFFA Hakimlər Komitəsinin yeni sədrinin adı açıqlanıb
DAVAMIN OXU davamın oxu

Konfrans Liqası: “Sabah” səfərdə “Makkabi”ni məğlub edib

Konfrans Liqası: “Sabah” səfərdə “Makkabi”ni məğlub edib
DAVAMIN OXU davamın oxu

"Zirə" UEFA Konfrans Liqasına qələbə ilə başladı

DAVAMIN OXU davamın oxu

UEFA Konfrans Liqası: "Sumqayıt" Macarıstan klubuna məğlub olub

UEFA Konfrans Liqası:
DAVAMIN OXU davamın oxu