Operativ Məlumat Mərkəzi

Müharibədən və erməni terrorundan zərər görmüş vətəndaşlara psixoloji yardım davam etdirilir

2 dəq
Paylaş:
Müharibədən və erməni terrorundan zərər görmüş vətəndaşlara psixoloji yardım davam etdirilir

Xəbər verildiyi kimi, Vətən müharibəsi ilə bağlı psixoloji müharibə iştirakçılarının, o cümlədən qazilərin, doğmalarını şəhid ailəsi üzvlərinin, terrorundan fiziki və mənəvi zərər insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə yenidən Türkiyədən ölkəmizə gəlmiş 20 nəfərdən artıq peşəkar psixoloq FHN-in mütəxəssisləri ilə birgə fəaliyyətlərini davam etdirirlər.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə FHN-dən məlumat verilib.

Belə ki, ötən müddət ərzində 1743 vətəndaşa, o cümlədən 271 uşağa 4773 seans psixoloji yardım göstərilib.

Xatırladaq ki, hazırda Bakı və Naxçıvan şəhərlərində ödənişsiz həyata keçirilən psixoloji yardım üçün vətəndaşlar Nazirliyin “112” qaynar telefon xətti vasitəsilə qeydiyyata yazıla bilərlər.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax