Operativ Məlumat Mərkəzi

Müəllimlərin sertifikatlaşdırılmasının test mərhələsinə başlanılıb

1 dəq
Paylaş:
Müəllimlərin sertifikatlaşdırılmasının test mərhələsinə başlanılıb

Bu gündən dövlət ümumi müəssisələrində təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə başlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İnsan Resursları Mərkəzi məlumat yayıb.

Bildirilib ki, sertifikatlaşdırmanın test imtahanı mərhələsinin ilk gününə dili və ədəbiyyatı, rus dili və ədəbiyyatı, və xarici dillər üzrə tədris aparan təhsilverənlər cəlb olunub. Bugünkü test imtahanlarında 2019 təhsilverən iştirak edib. Prosesin ilk günündə 95% davamiyyət qeydə alınıb.

Qeyd edilib ki, sertifikatlaşdırmanın test imtahanı mərhələsi 18-20, 24 və 25 iyun tarixlərində Naxçıvan şəhəri də daxil olmaqla ölkənin 19 müxtəlif şəhəri üzrə 39 imtahan mərkəzində təşkil edilir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax

AI Assistant

operativmm.az

Xəbərlər haqqında soruşun

Son 3 ayın xəbərləri

Nümunələr