Operativ Məlumat Mərkəzi

MN bu şəxslərlə görüş keçirib - VİDEO

2 dəq
Paylaş:
MN bu şəxslərlə görüş keçirib - VİDEO

Milli Müdafiə Universitetinin tabeliyindəki müəssisələrində müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olmaq üçün müraciət edən bir qrup vətəndaşla görüş keçirilib.

Müdafiə Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, namizədlərə “ hazırlığı kursu”nun mahiyyəti, təhsil prosesi və hərbi təhsil müəssisələrinin imkanları barədə ətraflı məlumat verilib.

Görüşdə namizədlərə, həmçinin müddətində mövcud olan imtiyazlar, karyerada inkişaf və gələcəkdə təhsil almaq üçün yaradılan imkanlarla bağlı geniş məlumatlar çatdırılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Əlavə olaraq bildirilib ki, vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq Sumqayıt, Mingəçevir, Şirvan, Gəncə, Goranboy, Lənkəran, Masallı, Kürdəmir, Beyləqan, Bərdə, Ağcabədi, və Quba şəhərlərində yerləşən Dövlət Məşğulluq Agentliyinin məşğulluq filiallarında və xidmət şöbələrində, Bakı şəhərində isə adına Hərbi İnstitutda fəaliyyət göstərən mərkəzdə sənədlərin qəbul müddəti mayın 30-dək uzadılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax