Operativ Məlumat Mərkəzi

Müdafiə Nazirliyinin nümayəndə heyəti Türkiyəyə işgüzar səfər edib

2 dəq
Paylaş:
Müdafiə Nazirliyinin nümayəndə heyəti Türkiyəyə işgüzar səfər edib

Müdafiə Nazirliyinin hərbi hüquqşünaslarından ibarət Türkiyəyə işgüzar səfər edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan məlumat verib.

Məlumata görə, nazirliyinin Hüquq İdarəsinin rəisi ədliyyə polkovniki Elçin Əliyev rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə milli müdafiə nazirinin müavini Şuay Alpay ilə görüşüb.

Görüşdə silahlı münaqişə zamanı humanitar hüquq normaları, əməliyyatların aparılması və əxlaqi dəyərlərin gücləndirilməsinə hüququn inteqrasiyası və maraq doğuran bir sıra digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti, həmçinin Türkiyə Milli Müdafiə Nazirliyinin Hüquq Xidmətləri Baş İdarəsində Hüquq fakültəsi üzrə zabitlərin peşə təhsilinin başa çatması münasibətilə keçirilən tədbirdə iştirak edib.

Buraxılış mərasimində çıxış edənlər məzunları təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıbar.

Ş.Alpay Azərbaycan nümayəndə heyətini 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.

Sonda təhsilini uğurla başa vuran Azərbaycan Ordusunun hərbi qulluqçusuna və digər məzunlara sertifikatlar təqdim olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax