Operativ Məlumat Mərkəzi

Müdafiə naziri komanda-qərargah təliminin yekun iclasını keçirib, tapşırıqlar verib

2 dəq
Paylaş:
Müdafiə naziri komanda-qərargah təliminin yekun iclasını keçirib, tapşırıqlar verib

Azərbaycanın general- Zakir Həsənovun rəhbərliyi ilə Quru Qoşunlarının hazırlıq planına əsasən, azad edilmiş ərazilərdə təşkil edilən komanda- təliminin yekun iclası keçirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimin gedişatını müsbət qiymətləndirən nazir, Azərbaycanın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Ordusu qarşısında qoyduğu tapşırıqları iclas iştirakçılarının diqqətinə çatdırıb.

Müdafiə naziri Ali Baş Komandan tərəfindən qarşıya qoyulan tapşırıqları, Ordumuzun üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirmək, eləcə də mümkün təxribatların qarşısını dərhal və qətiyyətlə almağa hər an hazır olmaq barədə konkret göstərişlər verib.

Sonda döyüş hazırlığının, o cümlədən hərbi qulluqçuların peşəkarlıq səviyyələrinin daim yüksək səviyyədə saxlanılması, təlim və məşqlərin daha keyfiyyətli və intensiv keçirilməsi ilə bağlı vəzifəli şəxslər qarşısında qoyulub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax