Operativ Məlumat Mərkəzi

Mövqelərimiz atəşə tutulub - 11.07.2023 22:25

2 dəq
Paylaş:
Mövqelərimiz atəşə tutulub - 11.07.2023 22:25

İyulun 11-i saat 19:00-dan 19:15-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun rayonu istiqamətində mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Bundan başqa, saat 21:15-dən 21:30-dək silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Aşağı Şorca və Yuxarı Şorca məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Qarabağ

Hamısına bax