Operativ Məlumat Mərkəzi

Mourinyonun strateji qərarı

2 dəq
Paylaş:
Mourinyonun strateji qərarı

“Roma”nın Joze Mourinyo UEFA Avropa Liqasının 1/8 finalının “ ”la ilk matçını (2:0) şərh edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, o, “canavarlar”ın futbolçuları haqda danışıb:

“Rəqib topa sahib olanda bizə problemlər yaratdı. Maraqlıdır ki, topa sahib olmadan oyuna nəzarət bizdə idi. Cavab oyunu üçün çox vacib ikinci qolu vura bildik. Stefan El Şaravi strateji qərarımın nəticəsində əsas heyətdə idi. Bu barədə qərar vermək heç də asan olmadı.

Ehtiyat oyunçular arasında hücumçularımız çoxdur. Matçın ikinci hissəsində “Bayern” – PSJ görüşü yadıma düşdü. Almaniya təmsilçisinin ehtiyat futbolçular skamyasında Serj Qnabri, Sadio Mane və Leroy Sane yer alırdı. Onlardan yalnız biri mənim üçün kifayət edir”.

“Real Sosyedad” – “Roma” cütünün cavab matçı martın 16-da keçiriləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax