Operativ Məlumat Mərkəzi

Moskva hava limanlarında əcnəbilərdən barmaq izi götürüləcək

1 dəq
Paylaş:
Moskva hava limanlarında əcnəbilərdən barmaq izi götürüləcək

Bu il dekabrın 1-dən Moskva hava limanlarında Rusiyaya gələn əcnəbilərin foto və barmaq izinin identifikasiyası proseduruna başlanılacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ""a Rusiya nazirinin birinci müavini Qorovoy məlumat verib.

"Bu, hələ ki eksperimentdir. Alqoritmin aprobasiyasından sonra hökumət Federal Xidmətindən olan həmkarlarla birlikdə onun bütün sərhəd keçidlərində tətbiq edilməsini nəzərdən keçirəcək", - o bildirib.

A.Qorovoy qeyd edib ki, eksperimentin aparılması üçün Moskvanın seçilməsi onun xarici vətəndaşlar üçün ənənəvi cazibə mərkəzi və iri qovşağı olması ilə şərtlənib.

Eyni zamanda, analoji nəzarət sistemi Qazaxıstanla sərhəddə yerləşən Orenburq vilayətindəki Maştakovo avtomobil keçid məntəqəsində də tətbiq olunacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax