Əsas məzmuna keç

Monteneqro Türkiyə vətəndaşları üçün vizasız rejimi ləğv edir

Monteneqro Türkiyə vətəndaşları üçün vizasız rejimi ləğv edir

bu barədə məlumatı Monteneqronun Baş naziri Miloyko Spayiç “X” hesabında açıqlayıb.  Buna səbəb isə yerli sakinin Podqoritsa şəhərində iki Türkiyə...

rəhbərliyi bu gün vətəndaşları üçün vizasız rejimi qaydada ləğv edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı Monteneqronun Baş naziri Miloyko Spayiç “X” hesabında açıqlayıb.

Buna səbəb isə yerli sakinin Podqoritsa şəhərində iki Türkiyə vətəndaşı tərəfindən bıçaqlanması olub.

“Biz Türkiyə vətəndaşları üçün vizasız rejimin müvəqqəti ləğv edilməsi barədə sürətləndirilmiş qaydada qərar qəbul edəcəyik. Qarşıdakı dövrdə iqtisadi fəaliyyəti və yaxşı ikitərəfli münasibətləri qorumaq, eləcə də qarşılıqlı maraqlara cavab verən optimal model tapmaq məqsədi ilə Türkiyə ilə intensiv danışıqlara başlayacağıq”, - bildirib.

Qeyd edək ki, oktyabrın 16-da Monteneqro polisi Podqoritsa sakinini bıçaqlamaqda şübhəli bilinən iki Türkiyə vətəndaşını saxlayıb. İnsidentdən sonra hadisə yerinə yüzlərlə insan toplaşıb və miqrantlara qarşı səsləndiriblər. Bununla yanaşı, ölkənin hüquq-mühafizə orqanları digər qanun pozuntularına görə daha 45 Türkiyə vətəndaşını saxlayıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…