Operativ Məlumat Mərkəzi

MN: Toplanışa cəlb edilmiş heyətlə nəzəri və praktiki məşğələlər keçirilib

2 dəq
Paylaş:
MN: Toplanışa cəlb edilmiş heyətlə nəzəri və praktiki məşğələlər keçirilib

Müdafiə Nazirliyinin illik hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət ilə birgə keçirilən tədbirlər çərçivəsində hərbi hissələrdə ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərin cəlb edildiyi təlim toplanışında praktiki məşğələlərə xüsusi diqqət yetirilir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Tədris proqramına müvafiq olaraq, toplanışa cəlb heyətlə xüsusi təyinatlı hərbi hissələrdən birində nəzəri və praktiki keçirilib, hərbi vəzifəlilərin sıra hazırlığı təkmilləşdirilib.

Müxtəlif təlim sahələrində baş tutmuş məşğələlər zamanı əvvəlcə hərbi vəzifəlilərə döyüş zamanı ilkin tibbi yardımın göstərilməsi qaydaları öyrədilib, yaralıların ərazidən təxliyə edilməsi üsulları məşq etdirilib, eləcə də Ordusunun mühəndis bölmələrinin silahlanmasında olan müasir xüsusi vasitələr barədə geniş məlumat verilib.

Məşğələlər zaman hərbi vəzifəlilər bölmələrimizin silahlanmasında olan atıcı silahların natamam sökülüb-yığılması üzrə praktiki vərdişlərini sınayıblar, həmçinin fərdi kimyəvi mühafizə vasitələrindən istifadə qaydalarını öyrəniblər.

Hərbi vəzifəlilərlə maarifləndirici söhbətlər aparıldıqdan və qaydaları çatdırıldıqdan sonra onlar müxtəlif atıcı silahlardan praktiki atış çalışmalarını müvəffəqiyyətlə icra ediblər.

Plana uyğun olaraq, təlim iştirakçılarının döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının artırılması, praktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də ordumuzun arsenalına yeni daxil edilmiş silahlarla tanış olmaq, onların döyüş tətbiqini öyrənmək məqsədilə keçirilən təlim toplanışı davam edir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax