Operativ Məlumat Mərkəzi

MN: Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir

1 dəq
Paylaş:
MN: Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir

Müdafiə nazirinin 2023-cü il üçün planına əsasən, ehtiyatdan bir qrup hərbi vəzifəlilərin növbəti təlim toplanışı keçirilir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Təlim toplanışında hərbi vəzifəlilərlə sıra və rabitə hazırlığı məşğələləri təşkil olunur, onlara silah və texnikanın taktiki-texniki xüsusiyyətləri və istifadə qaydaları öyrədilir.

Toplanışın keçirilməsində əsas diqqət ehtiyatda olan hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirilməsinə, bilik və bacarıqlarının artırılmasına yönəldilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax