Əsas məzmuna keç

MN: Azərbaycan Ordusu ehtimal edilən istənilən təxribatın qarşısını almağa hazırdır

MN: Azərbaycan Ordusu ehtimal edilən istənilən təxribatın qarşısını almağa hazırdır

, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısını üzərində hiss edən torpaqlarımızı göz bəbəyi kimi qoruyur və ehtimal edilən təxribatın qarşısını ləyaqətlə almağa hazırdır.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, çətin relyefli və yüksək dağlıq ərazilərdə yerləşən bölmələrdə günün nizam qaydalarına uyğun olaraq sutkaboyu döyüş növbətçiliyi yüksək səviyyədə təşkil edilir, fasiləsiz xidmət aparılır.

Döyüş növbətçiliyinə cəlb edilən şəxsi heyətə qaydaları çatdırılır, onların döyüş və mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə saxlanması üçün mütəmadi olaraq məşğələlər keçirilir.

Qeyd olunub ki, Azərbaycan Ordusu sıralarında xidmət edən vətənpərvər gənclər komandirlərin onlara aşıladığı hərbi biliklər sayəsində qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən layiqincə gəlirlər.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…