Operativ Məlumat Mərkəzi

MM: Rusiya mediasında Azərbaycana qarşı qeyri-dost addımların atılması ilə bağlı təxribatçı çağırışlar səsləndirilir

2 dəq
Paylaş:
MM: Rusiya mediasında Azərbaycana qarşı qeyri-dost addımların atılması ilə bağlı təxribatçı çağırışlar səsləndirilir

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının öz səlahiyyətləri çərçivəsində apardığı monitorinqlər nəticəsində müəyyən edilmişdir ki, Federasiyasının Yekaterinburq şəhərində həmvətənlərimizə qarşı edilən qanunsuz hərəkətlərdən sonra Rusiya mediasında, habelə “Telegram” platformasında müxtəlif xəbər kanalları və şəxslər tərəfindən Azərbaycana və Rusiyada azərbaycanlılara qarşı geniş informasiya kampaniyası başladılıb.

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasından "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, araşdırmalarımız zamanı soydaşlarımıza göstərilən aqressiv davranış və qeyri-insani münasibətin adıçəkilən resurslarda da geniş təbliğ olunması və Respublikasına qarşı qeyri-dost addımların atılması ilə bağı təxribatçı müşahidə edilib.

Bundan öncə də Azərbaycan Respublikasının hüquqa və milli maraqlara söykənən fəaliyyətlərinə müxtəlif hibrid təhdid alətləri vasitəsilə təsir etmək cəhdləri barədə tərəfimizdən ətraflı açıqlamalar verilib.

Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiya Milli Məclisin müvafiq komitələri, Aparatı və digər dövlət orqanları ilə əlaqələndirilmiş şəkildə ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyaları ilə bağlı qabaqlayıcı tədbirlər görür.

Komissiya davam edən informasiya kampaniyasının fonunda vətəndaşlarımızı və xaricdə yaşayan həmvətənlərimizi yalnız Azərbaycan Respublikasının dövlət qurumları və rəsmiləri tərəfindən verilən məlumatlara istinad etməyə və inanmağa çağırır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax