Operativ Məlumat Mərkəzi

Mixeil Saakaşvili: "Mən Putinin hərbi əsiriyəm"

2 dəq
Paylaş:
Mixeil Saakaşvili: "Mən Putinin hərbi əsiriyəm"

“Mənim həbsim tarixində utancverici hadisədir, Gürcüstan xalqı ictimaiyyətlə birlikdə bu ədalətsizliyə tez bir zamanda son qoymalıdır”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili hesabında yazıb.

O bildirib ki, səhhətinin pis olmasına baxmayaraq, mənəvi cəhətdən möhkəmdir: “Məni sındıra bilməyiblər”.

M.Saakaşvili, həmçinin bu gün keçirilməsi nəzərdə tutulan məhkəmə iclasının təxirə salınmasına münasibət bildirib: “Məhkəmə qeyri-müəyyən müddətə, ən azı payızadək təxirə salındı. Bu aydın göstərir ki, Rusiya hakimiyyəti çöküb. Təbii ki, bugünkü nümunə sübut edir ki, mən Putinin və onun yerli kuklalarının hərbi . Niyə mənim ortaya çıxmağımdan qorxursan?”.

Keçmiş yazıb ki, qələbəyə inanır: “Biz birliyimiz nəticəsində qalib gələcəyik”.

Qeyd edək ki, M.Saakaşvili 1967-ci ildə Tbilisidə doğulub. 2003-cü ildə Gürcüstan Prezidenti Eduard Şevardnadzenin devirilməsi ilə nəticələnən “qızılgül inqilabı”nın əsas ideoloqu və təşkilatçısı olub.

M.Saakaşvili 2004-cü ilin yanvarın 15-də keçirilən seçkilər nəticəsində Gürcüstan Prezidenti seçilib. 2013-cü ildə ikinci prezidentlik müddəti bitib və ölkəni tərk edib.

O, daha sonra Ukraynaya gedib, bu ölkənin vətəndaşlığını qəbul edib və Odessa vilayətinin qubernatoru vəzifəsində çalışıb.

2021-ci ilin oktyabrın 1-də Gürcüstana qayıdıb və həbs olunub.

Sabiq Prezident hazırda Rustavi şəhərində həbsxanada saxlanılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax