Operativ Məlumat Mərkəzi

MİQ nəticələri ilə bağlı universitetlərdə görüşlər keçiriləcək

2 dəq
Paylaş:
MİQ nəticələri ilə bağlı universitetlərdə görüşlər keçiriləcək

Martın 31-dən müəssisələrində pedaqoji hazırlığı, müəllimlərin işə qəbulu üzrə müsabiqədə məzunların əldə etdikləri nəticələrin təhlili ilə bağlı görüşlərin keçirilməsi planlaşdırılır.

Elm və Təhsil Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, görüşlərdə ali təhsil müəssisələrinin rəhbər və professor-müəllim heyətinin iştirakı nəzərdə tutulub.

zamanı müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanında iştirak edən namizədlərin məzun olduqları ali təhsil müəssisələrinə görə fənlər üzrə statistik məlumatları təqdim ediləcək, pedaqoji kadr hazırlığı ilə bağlı qarşıda duran hədəflər müzakirə olunacaq.

Qeyd edək ki, görüşlər Bakı Dövlət Universiteti, Dövlət Pedaqoji Universiteti, Sumqayıt Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti və Lənkəran Dövlət Universitetində təşkil ediləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax