Əsas məzmuna keç

MİQ müsabiqəsində iştirak üçün məbləğ üç ay müddətinə müəyyənləşəcək

MİQ müsabiqəsində iştirak üçün məbləğ üç ay müddətinə müəyyənləşəcək

bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Ümumi təhsil haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.Sənədə əsasən, dövlət ümumi təhsil...

ru

Müəllimlərin işə qəbul (MİQ) müsabiqəsində iştirakın hansı hallarda ödənişli olacağı müəyyənləşir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, İlham Əliyevin təsdiqlədiyi “Ümumi təhsil haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

Sənədə əsasən, dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsi icra hakimiyyəti orqanının etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müsabiqə yolu ilə həyata keçirilir. Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak (ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailənin üzvləri, şəhid ailəsinin üzvləri və Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər istisna olmaqla) ödənişli olacaq. Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak etmək üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Prezident İlham Əliyevin müvafiq fərmanına əsasən isə müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak etmək üçün ödənişin məbləğini üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…