Əsas məzmuna keç

“Milli təhlükəsizlik haqqında” qanuna dəyişiklik I oxunuşda qəbul edilib

“Milli təhlükəsizlik haqqında” qanuna dəyişiklik I oxunuşda qəbul edilib

Dəniz ətraf mühitinin təhlükəli miqyaslarda çirklənməsi Azərbaycanın milli təhlükəsizliyinə təhdid hesab olunacaq. "Operativ Məlumat Mərkəzi-OMM"-in...

Dəniz ətraf mühitinin təhlükəli miqyaslarda çirklənməsi Azərbaycanın milli təhlükəsizliyinə təhdid hesab olunacaq.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bununla bağlı "Milli haqqında" qanuna dəyişiklik layihəsi parlamentin dekabrın 8-də keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılıb.

Belə ki, tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan "Milli təhlükəsizlik haqqında" qanuna dəyişiklik layihəsində müddəanın dəqiqləşdirilməsi nəzərdə tutulur. Belə ki, "Dəniz nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1462 nömrəli Fərmanı ilə dəniz nəqliyyatı sahəsində hüquqi aktların təkmilləşdirilməsi tapşırılıb.

Sözügedən sahədəki müvafiq normativ hüquqi aktların təkmilləşdirilməsi çərçivəsində "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çerçivə Konvensiyasında dəniz ətraf mühiti" ifadəsinin işlənildiyi nəzərə alınaraq, "Milli təhlükəsizlik haqqında" qanuna dəyişiklik edilməsinə zərurət yaranıb.

Müzakirələrdən sonra dəyişiklik layihəsi ı oxunuşda qəbul edilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…