Operativ Məlumat Mərkəzi

Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılıb

3 dəq
Paylaş:
Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılıb

Torpaqlarımızın müdafiəsi uğrunda canından şəhidlik zirvəsinə yüksələn Azərbaycanın Milli Qəhrəmanı İbrahimovun anadan olmasının ildönümünə həsr olunmuş anım mərasimləri keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, mərasimlərdə Müdafiə Nazirliyinin, rayon İcra Hakimiyyətinin, Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin və ictimaiyyətin nümayəndələri, müəllim-şagird heyəti, eləcə də digər qonaqlar iştirak ediblər.

qulluqçular igidimizin məzarını ziyarət edərək üzərinə gül dəstələri qoyub, xatirəsinə ehtiram nümayiş etdiriblər.
Anım mərasimlərində əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Respublikasının Dövlət Himni ifa olunub.

Çıxış edənlər M.İbrahimovun göstərdiyi şücaət və igidlik nümunələrindən, qəhrəmanımızın Vətən yolunda canından keçərək gənclərə örnək olacaq bir addım atmasından danışıblar. M.İbrahimovun göstərdiyi rəşadətin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyi xüsusi qeyd olunub.

Həmçinin hərbi qulluqçularımız tərəfindən şəhidimizin doğulub boya-başa çatdığı Biləsuvar rayonundakı evi də ziyarət olunub.

Milli Qəhrəmanın ailə üzvləri M.İbrahimov haqqında xatirələrini bölüşüblər, şəhidlərə göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandana, eləcə də Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Milli Qəhrəmanın doğum gününə həsr olunmuş mərasimlər çərçivəsində şeirlər səsləndirilib, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri tərəfindən tədbir iştirakçılarına vətənpərvərlik mövzusunda musiqilər təqdim olunub.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax