Operativ Məlumat Mərkəzi

Milli Musiqi Günündə Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub

3 dəq
Paylaş:
Milli Musiqi Günündə Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub

tariximizin günündə - Milli Musiqi Günündə tədbirlər silsiləsi ənənəvi olaraq I Fəxri xiyabanda Üzeyir bəyin məzarının ziyarət olunması ilə başlanıb.

Mədəniyyət Nazirliyindən Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, mərasimdə mədəniyyət naziri Adil Kərimli, nazirliyin məsul əməkdaşları, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Mədəniyyət naziri Adil Kərimli mərasimə toplaşanları Milli Musiqi Günü münasibətilə təbrik edərək bildirib ki, 18 sentyabrın mədəniyyətimizin ən əlamətdar günlərindən biridir: “Bu gün dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günüdür. 18 sentyabr tarixi həmçinin böyük musiqi xadiminin şərəfinə ölkəmizdə Milli Musiqi Günü (“Üzeyir musiqi günü”) kimi qeyd olunur. Əlamətdar gün Üzeyir bəyin 110 illiyi münasibətilə Prezident Heydər Əliyevin 1995-ci il 18 sentyabr tarixli fərmanı ilə təsis edilib. Bununla bağlı ölkəmizdə hər il silsilə tədbirlər keçirilir, bəstəkarın mədəniyyətimiz qarşısında misilsiz xidmətləri yada salınır. Bu il də Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18-28 tarixlərində Üzeyir Hacıbəyli XV Musiqi Festivalı keçiriləcək. Festival çərçivəsində müxtəlif tədbirlər keçiriləcək, bir sıra ölkələrdən ifaçı və kollektivlər çıxış edəcək. Musiqi bayramınız mübarək olsun”.

Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadə dahi bəstəkarın ölməz irsindən söz açıb. Bildirib ki, nə qədər ki, Azərbaycan xalqı var, dahi bəstəkarın ölməz irsi hər zaman yaşayacaq.

Çıxışlardan sonra mərasim iştirakçıları I Fəxri xiyabanda uyuyan Azərbaycan musiqisinin korifeylərindən Qara Qarayev, Fikrət Əmirov, Bülbül, Rəşid Behbudov, Niyazi və Müslüm Maqomayevin də məzarlarını ziyarət ediblər.

Mərasim iştirakçıları həmçinin Ümummilli lider, mədəniyyətimizin böyük hamisi Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini də ehtiramla anaraq məzarları üzərinə tər çiçək dəstələri düzüblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İncəsənət

Hamısına bax