Operativ Məlumat Mərkəzi

Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planı təsdiqlənib

2 dəq
Paylaş:
Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planı təsdiqlənib

Milli Məclisin yaz sessiyasının işləri planı təsdiqlənib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı parlamentin yaz sessiyasının bu gün keçirilən ilk iclasında məsələ müzakirə olunub.

Yaz sessiyasının qanunvericilik işləri planına Prezidentin, Milli Məclisin deputatlarının, Ali Məhkəmənin, seçki hüququ olan 40 min vətəndaşın, Prokurorluğun, Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim qanun layihələri, "2024-cü il dövlət büdcəsinin icrası haqqında", "Hərbi qulluqçuların statusu haqqında" və " Respublikasının müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi" haqqında qanun layihələri daxil edilib.

Həmin müddətdə Dövlət Qulluğu Məcəlləsi layihəsinin hazırlanması da nəzərdə tutulur.

Müzakirələrin sonunda Milli Məclisin 2025-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqında Milli Məclisin qərar layihəsi səsə qoyularaq qəbul edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax