Əsas məzmuna keç

Milli Məclisin deputatları Türkiyədə seçkiləri müşahidə edəcəklər

Milli Məclisin deputatları Türkiyədə seçkiləri müşahidə edəcəklər

Milli Məclisin bir qrup deputatı Türk Dövlətləri Təşkilatının xətti ilə mayın 14-də Türkiyədə keçiriləcək prezident və parlament seçkilərini müşahidə...

Milli Məclisin bir qrup deputatı Təşkilatının xətti ilə mayın 14-də Türkiyədə keçiriləcək və parlament seçkilərini müşahidə etmək üçün İstanbul şəhərinə səfər edəcəklər.

Bu barədə "Report"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə şöbəsindən məlumat verilib.

Bildirilib ki, Milli Məclisin komitə sədrləri Ziyafət Əsgərov, Hicran Hüseynova, deputatlar Hikmət Məmmədov, Jalə Əliyeva, İmamverdi İsmayılov, Mahir Abbaszadə, Pərvin Kərimzadə, Cavanşir Feyziyev, Sevil Mikayılova, Soltan Məmmədov, Elşən Musayev, Şahin İsmayılov, Vüqar Bayramov, Məzahir və Ramin Məmmədov müşahidəçilər qismində seçkilərə hazırlıqla tanış olacaq və seçki günü məntəqələrdə prosesin gedişini, vətəndaşların fəallığını izləyəcəklər.

Deputatların səfəri mayın 16-da başa çatacaq.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…