Əsas məzmuna keç

Milli Məclisin deputatı NATO PA-nın illik sessiyasında iştirak edəcək

Milli Məclisin deputatı NATO PA-nın illik sessiyasında iştirak edəcək

Milli Məclisin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Ramid Namazov Assambleyanın 70-ci illik sessiyasında iştirak etmək üçün...

Milli Məclisin NATO Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Ramid Namazov Assambleyanın 70-ci sessiyasında iştirak etmək üçün noyabrın 22-də Kanadanın Monreal şəhərinə səfər edəcək.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Məclisin və ictimaiyyətlə şöbəsindən məlumat verilib.

Bildirilib ki, sessiya çərçivəsində “NATO-nun inkişaf edən hava və raket hücumundan müdafiə durumu”, “Qərbi Balkanlar: NATO-nun astanasında yeni çağırışları” və digər mövzularda müzakirələr aparılacaq.

Deputat səfər müddətində sessiyada iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri də nəzərdə tutulub.

Qeyd edək ki, səfər noyabrın 28-də başa çatacaq.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…