Əsas məzmuna keç

Milli Məclis Zəfər günü münasibətilə Prezident və Birinci vitse-prezidenti təbrik edib

Milli Məclis Zəfər günü münasibətilə Prezident və Birinci vitse-prezidenti təbrik edib

Monteneqronun paytaxtı Podqoritsada türk vətəndaşlarının da iştirak etdiyi iddia edilən bıçaqlı insident nəticəsində saxlanılan Azərbaycan vətəndaşı...

Monteneqronun paytaxtı Podqoritsada türk vətəndaşlarının da iştirak iddia edilən bıçaqlı nəticəsində saxlanılan vətəndaşı sərbəst buraxılıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in əldə etdiyi xəbərə görə, Azərbaycan vətəndaşı dünən axşam saatlarında azad olunub.

Polisin müşahidə kameralarına baxdığı və nəticədə, Azərbaycan vətəndaşının hadisə baş verərkən evdə olduğu məlum olub.

Xatırladaq ki, bir müddət əvvəl Monteneqronun paytaxtı Podqoristada bıçaqlı insident baş verib. İnsidentin iğtişaşlara çevrilməsi fonunda bir qrup şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Saxlanılanlar arasında vətəndaşları da olub. Azərbaycan Respublikasının Serbiya Respublikasındakı səfirliyi və Monteneqrodakı diplomatik ofisi Azərbaycan vətəndaşının vəziyyətini diqqətdə saxlayıb, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Monteneqro Ombudsmanına müraciət edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…