Operativ Məlumat Mərkəzi

Mili Məclis və Misir Senatının sədrlərinin görüşü olub

3 dəq
Paylaş:
Mili Məclis və Misir Senatının sədrlərinin görüşü olub

Bu gün Milli Məclisin sədri ölkəmizdə rəsmi səfərdə olan Misir Ərəb Respublikası Senatının sədri Abdel Vahab Abdel Razeq ilə görüşüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

Əvvəlcə Misir Ərəb Respublikası Senatının sədri Milli Məclisin plenar iclas zalı ilə tanış olub. Sonra qonaqlar Milli Məclisdə Muzeyində olublar. Abdel Vahab Abdel Razeq Xatirə kitabını imzalayıb.

Sahibə Qafarova görüşdə iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu və səmimi dostluq üzərində qurulduğunu qeyd edib, bu səfərin iki ölkə arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsi və genişlənməsinə, həmçinin parlamentlərarası münasibətlərin dərinləşməsinə töhfə verəcəyinə inamını ifadə edib.

Misir Ərəb Respublikası Senatının sədri Prezident İlham Əliyevlə keçirdiyi görüş və apardığı müzakirələr barədə təəssüratlarını bölüşüb. Senatının sədr, hazırda Misir və arasındakı münasibətlərin özünün qızıl dövrünü yaşadığını vurğulayaraq, bunu ölkə başçılarının şəxsi münasibətləri, qarşılıqlı səfərləri və müntəzəm təmaslarının nəticəsi kimi dəyərləndirib. O, parlamentlərarası əlaqələrin inkişafında bu münasibətlərin mühüm rol oynadığını qeyd edib və qanunverici orqanlar arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Söhbət zamanı, Azərbaycanın 2024-cü ilin dekabrında Misirdə keçirilən D-8 İqtisadi Təşkilatının 11-ci sammitində təşkilata üzv seçilməsi və bu prosesdə bütün üzvlərin, o cümlədən Misirin də ölkəmizin namizədliyini dəstəkləməsi iki ölkə arasında mövcud olan dostluğun bariz nümunəsi kimi dəyərləndirilib. təşkilatlar çərçivəsində əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə dair inam ifadə olunub. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax