Operativ Məlumat Mərkəzi

Mikayıl Cabbarov Avropa çempionu olan Azərbaycan güləşçilərini təbrik edib

1 dəq
Paylaş:
Mikayıl Cabbarov Avropa çempionu olan Azərbaycan güləşçilərini təbrik edib

Güləş Federasiyasının prezidenti Azərbaycanın yunan-Roma güləşçilərini Bakıda keçirilən U-23 Avropa çempionatının qalibi olması münasibətilə təbrik edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Bakıda ilk dəfə güləş üzrə U-23 keçirilir. Bu gün başa çatan yunan-Roma güləşi üzrə yarışda millimiz komanda hesabında ilk dəfə Avropa çempionu oldu. Milli komandamızın üzvləri Ziya Babaşov (63 kq), Xasay Həsənli (77 kq), Qurban Qurbanov (82 kq) qızıl, Nihad Quluzadə (60 kq) gümüş, Rəşad Məmmədov (55 kq), Ruslan Nurullayev (72 kq), Laçın Vəliyev (87 kq) və Murad (97 kq) isə bürünc medal qazandı. Komandamızın üzvlərini və məşqçiləri təbrik edir, gələcək yarışlarda uğurlar arzulayıram", - nazir qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax